AZ

329 ahıl cütlüyə evdə sosial xidmət göstərilir - Fotolar

Hazırda 329 ahıl cütlüyə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. 

Bildirilib ki, səyyar sosial-məişət xidməti göstərilən həmin ailələr əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan şəxslərdir. 

“2431 nəfəri qadın, 714 nəfəri kişi olmaqla, ümumilikdə 3145 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Onlardan 2867 nəfəri ahıl, 278 nəfəri yaşı 70-dən aşağı əlilliyi olan şəxslərdir. 

Sosial xidmətçilər tənha ahıl və əlil şəxslərin evlərinə gedərək olur, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər”, - məlumatda bildirilib.







Seçilən
60
7
qafqazinfo.az

8Mənbələr