Sabahdan etibarən yağıntılar kəsiləcək və tədricən hava şəraiti sabitləşəcək.
Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
“Lakin qış mövsümünə uyğun olaraq, havanın sonrakı günlərdə qeyri-sabitləşmə ehtimalı çox böyükdür. Ölkəmizə Şimaldan soyuq hava kütlələri daxil olub. Bu səbəbdən ayın sonuna yaxın Bakı və Abşeronda qarlı hava şəraitinin olacağı istisna edilmir”, - o əlavə edib.