Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabahdan etibarən yağıntılar kəsiləcək və tədricən hava şəraiti sabitləşəcək.
Qlobal.net xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O əlavə edib ki, havanın sonrakı günlərdə qeyri-sabitləşmə ehtimalı çox böyükdür:
"Şimaldan soyuq hava kütlələri daxil olub. Buna görə də ayın sonuna yaxın Bakı və Abşeronda qarlı hava şəraitinin olacağı istisna edilmir”.