AZ

Vətəndaşların 71 min manatını ələ keçirən şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Məhərrəm Məmmədov və Ağamirzə İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu24.com  ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Məhkəmənin hökmü ilə M. Məmmədov 7 il, A. İslamov isə 6 il azadlıqdan məhrum edilib.  Məhkəmə istintaqı dövründə "polisin nəzarəti altında" olan A. İslamov məhkəmə zalında həbs edilib. 
İttihama görə, təqsirləndirilən şəxslər ayrı-ayrı şəxslərə qarşı dələduzluq edərək onların 71 min manatını mənimsəyib.

Seçilən
35
5
oxu24.com

6Mənbələr