Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Məhərrəm Məmmədov və Ağamirzə İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
NOCOMMENT.az-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə M. Məmmədov 7 il, A. İslamov isə 6 il azadlıqdan məhrum edilib. Məhkəmə istintaqı dövründə “polisin nəzarəti altında” olan A. İslamov məhkəmə zalında həbs edilib.
İttihama görə, təqsirləndirilən şəxslər ayrı-ayrı şəxslərə qarşı dələduzluq edərək onların 71 min manatını mənimsəyib.\\Unikal