Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyəti Ermənistana görə dondurulub.
AzNews.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
"Təəssüf ki, hazırda qrupun işi, təəssüf ki, bunu səsləndirməyə məcburam, çünki bu faktdır, Ermənistan tərəfinin mövqeyinə görə dondurulub. Tam qarşılıqlı fəaliyyətin bərpasına hazır olduğumuzu təsdiqləyirik",
- o bildirib.
M.Zaxarova vurğulayıb ki, qrup Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının bərpasının həm hüquqi əsaslarının, həm də texniki parametrlərinin razılaşdırılması üzrə nəhəng iş görüb.