Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti Ermənistana görə dondurulub.
hakimiyyet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Təəssüf ki, mən bunu dilə gətirmək məcburiyyətindəyəm, çünki bu, faktdır, hazırda qrupun işi Ermənistan tərəfinin mövqeyinə görə dondurulub. Biz tamhüquqlu qarşılıqlı fəaliyyəti bərpa etməyə hazır olduğumuzu təsdiq edirik", - deyə M.Zaxarova qeyd edib.
M.Zaxarova vurğulayıb ki, işçi qrupu Azərbaycan və Ermənistan arasında nəqliyyat marşrutlarının bərpası üçün həm hüquqi bazanın, həm də texniki parametrlərin razılaşdırılması istiqamətində böyük işlər görüb.
"Məhz üçtərəfli işçi qrupunda kommunikasiyaların blokdan çıxarılmasının əsas prinsipi ilə bağlı razılaşmalar əldə olunub. Bu, dövlətlərin öz ərazisindən keçən marşrutlar üzərində suverenliyi və yurisdiksiyasının qorunmasından ibarətdir. Bu şərt həm Bakı, həm də İrəvan tərəfindən təsdiqlənib".