Bakı. Trend:
Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş «Bir Elin Manifesti”adlı Birinci Ümumrespublika Hekayə Müsabiqəsinə start verilməsi iləəlaqədar Qərbi Azərbaycan İcmasında mətbuat konfransıkeçirilib.
Trend xəbərveirir ki, mətbuat konfransında Qərbi Azərbaycan İcmasının İdarəHeyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edibki, Qərbi Azərbaycanla bağlı aparılan işlər həm daxili həm xariciistiqamətdə geniş vüsət alıb.
İcma sədri Qərbi Azərbaycanda soydaşlarımızın başlarınagətirilən müsibətlər, dağıdılan maddi – mədəni irsimiz, geriqayıdış hüququ ilə bağlı məsələlərin geniş yayılması ilə bağlıaparılan işlərə dəstək məqsədilə, sözügedən müsabiqəninkeçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Sədr Qərbi Azərbaycana dair yazılacaq hekayələrin hər birininözündə soydaşlarımızın ağrı-acısını daşıyacağını vurğulayıb.
İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı,müsabiqənin ideya müəllifi Məlahət İbrahimqızı bildirib ki, “BirElin Manifesti” mövzusunda hekayə müsabiqəsi Qərbi Azərbaycanlabağlı məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasınadəstək məqsədilə İcmanın Qadınlar Şurası tərəfindən təklifedilib.
O qeyd edib ki, mövzu üzrə yazılacaq hekayələrin motiv vəsüjetləri Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədiləncinayətlər, deportasiya, etnik təmizləmələr və onlarınyaddaşlarında qalan Vətən, yurd xatirələri olmalıdır.
İcmanın Qadınlar Şurasının sədri vurğulayıb ki, müsabiqəninyekun nəticələrinin dekabr ayının son on günündə açıqlanmasınəzərdə tutulur.
Məlahət İbrahimqızı bildirib ki, müsabiqənin şərtlərinə əsasənhekayələrin təqdim olunmasının son tarixi 15 avqust 2025-ci il,müsabiqədə iştirak etmək üçün yaş həddi isə 40 yaşdır. Təqdimedilən hekayə heç bir mətbuat orqanında çap olunmamışolmalıdır.
Müsabiqəyə təqdim olunan əsərlər 15 avqust 2025-ci il tarixindənsonra hekayə janrı üzrə tanınmış ekspertlər tərəfindənyoxlanılacaq, nəticələr təşkilatçılara təqdim ediləcək.
Müsabiqə nəticəsində 10 hekayənin müəllifi müsabiqənin qalibielan olunacaq və onlara pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, birinci yer üzrə 1 nəfər - 2000 manat, ikinci yerüzrə 2 nəfər - 1500 manat, üçüncü yer üzrə 3 nəfər - 1000 manatolaraq müəyyənləşdirilməklə daha 4 nəfərə 500 manat məbləğindəhəvəsləndiricimükafat veriləcək. Müsabiqənin qalibi olacaqhekayələringilis dilinə də tərcümə edilərək, nəşr olunacaq.
Hekayələr “Bir Elin Manifesti” başlığı altında [email protected]ünvanına e-poçt vasitəsilə göndərilməlidir.
Müsabiqə ilə bağlı digər şərtlər bu linkdə təqdim olunur. -https://westaz.org/az/xeber/bir-elin-manifesti-qerbi-azerbaycan-movzusunda-hekaye-musabiqesi