AZ

Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş "Bir Elin Manifesti" adlı hekayə müsabiqəsinə start verilib

Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş "Bir Elin Manifesti" adlı Birinci Ümumrespublika Hekayə Müsabiqəsinə start verilməsi ilə əlaqədar Qərbi Azərbaycan İcmasında mətbuat konfransı keçirilib.

Olaylar.az xəbər veirir ki, mətbuat konfransında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycanla bağlı aparılan işlər həm daxili həm xarici istiqamətdə geniş vüsət alıb.

İcma sədri Qərbi Azərbaycanda soydaşlarımızın başlarına gətirilən müsibətlər, dağıdılan maddi - mədəni irsimiz, geri qayıdış hüququ ilə bağlı məsələlərin geniş yayılması ilə bağlı aparılan işlərə dəstək məqsədilə, sözügedən müsabiqənin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Sədr Qərbi Azərbaycana dair yazılacaq hekayələrin hər birinin özündə soydaşlarımızın ağrı-acısını daşıyacağını vurğulayıb.

İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı, müsabiqənin ideya müəllifi Məlahət İbrahimqızı bildirib ki, "Bir Elin Manifesti" mövzusunda hekayə müsabiqəsi Qərbi Azərbaycanla bağlı məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına dəstək məqsədilə İcmanın Qadınlar Şurası tərəfindən təklif edilib.

O qeyd edib ki, mövzu üzrə yazılacaq hekayələrin motiv və süjetləri Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən cinayətlər, deportasiya, etnik təmizləmələr və onların yaddaşlarında qalan Vətən, yurd xatirələri olmalıdır.

İcmanın Qadınlar Şurasının sədri vurğulayıb ki, müsabiqənin yekun nəticələrinin dekabr ayının son on günündə açıqlanması nəzərdə tutulur.

Məlahət İbrahimqızı bildirib ki, müsabiqənin şərtlərinə əsasən hekayələrin təqdim olunmasının son tarixi 15 avqust 2025-ci il, müsabiqədə iştirak etmək üçün yaş həddi isə 40 yaşdır. Təqdim edilən hekayə heç bir mətbuat orqanında çap olunmamış olmalıdır.

Müsabiqəyə təqdim olunan əsərlər 15 avqust 2025-ci il tarixindən sonra hekayə janrı üzrə tanınmış ekspertlər tərəfindən yoxlanılacaq, nəticələr təşkilatçılara təqdim ediləcək.

Müsabiqə nəticəsində 10 hekayənin müəllifi müsabiqənin qalibi elan olunacaq və onlara pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, birinci yer üzrə 1 nəfər - 2000 manat, ikinci yer üzrə 2 nəfər - 1500 manat, üçüncü yer üzrə 3 nəfər - 1000 manat olaraq müəyyənləşdirilməklə daha 4 nəfərə 500 manat məbləğində həvəsləndiricimükafat veriləcək. Müsabiqənin qalibi olacaqhekayələr ingilis dilinə də tərcümə edilərək, nəşr olunacaq.

Hekayələr "Bir Elin Manifesti" başlığı altında [email protected] ünvanına e-poçt vasitəsilə göndərilməlidir.
Müsabiqə ilə bağlı digər şərtlər bu linkdə təqdim olunur. -https://westaz.org/az/xeber/bir-elin-manifesti-qerbi-azerbaycan-movzusunda-hekaye-musabiqesi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
3
olaylar.az

4Mənbələr