İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi satılıb.
Yenicag.az xəbər verir ki, avtomobillərə ümumilikdə 52 sifariş qəbul edilib.
Rəqabətli keçən hərracda ilkin qiyməti 13 700 manat olan “BMW 740” markalı avtomobil 21 400 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə https://bit.ly/4jRbSBL linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 18, 25 və 27 fevralda keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, daşınmaz əmlaklar, avadanlıqlar və texnikalar çıxarılacaq
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.