İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13 fevral tarixində keçirilən hərracda 7 nəqliyyat vasitəsi satılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 52 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 13.700 manat olan “BMW 740” markalı avtomobil 21.400 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə https://bit.ly/4jRbSBL linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə növbəti hərraclar 18, 25 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, daşınmaz əmlaklar, avadanlıqlar və texnikalar çıxarılıb.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.