AZ

Ələt-Osmanlı-Astara dəmir yolunda hansı işlər görülüb? (ÖZƏL)

Bakı. Trend:

Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulmasılayihəsi üzrə işlərə 2024-cü ildən başlanılıb. Dəmiryol xəttinin oxüzrə uzunluğu 245 km-dir.

Bunu Trend-insorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY)bildirilib.

Qeyd edilib ki, tikinti işlərinin 2028-ci ildə başa çatdırılmasıplanlaşdırılır.

"Layihə dörd mərhələdə həyata keçirilir. 1-ci mərhələ 60 kmuzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyəümumilikdə 77 süni mühəndis qurğusu, o cümlədən, 3 dəmiryolkörpüsü, 3 avtomobil üst keçidi, eləcə də, müxtəlif ölçülüsuötürücü boruların tikintisi və heyvanların keçidi üçün altkeçidlərin tikintisi daxildir. 1-ci mərhələ üzrə işlər, həmçinin,üç stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasınınəzərdə tutur.

1-ci km-də yerləşən üst avtomobil keçid körpüsünün tikintisidavam edir, hazırda körpünün beton işləri yekunlaşıb, yan yollarıntikintisinə maneə olan yeraltı xətlərin köçürülmə işləri davamedir. 12-ci km-də yerləşən dəmiryol körpüsünün svay işləribaşlanılıb. Burada işlər davam edir.

60-cı km-də yerləşən daha bir üst avtomobil keçid körpüsünün isəsvay işləri tamamlanıb, hazırda tikinti işlərinə mane olan yeraltıvə yerüstü xətlərin köçürülməsi işləri aparılır.

Birinci mərhələ üzrə mövcud dəmir yolunun 50 faizi demontajolunub. İşlər davam etdirilir.

2-ci mərhələ üzrə Kür çayı üzərində körpünün tikintisitamamlanıb. Digər mərhələlər üzrə layihələndirilmə işləri davametidirilir", - deyə qurumdan məlumat verilib.

Qeyd edək ki, Ələt-Osmanlı-Astara dəmir yolu Şimal-CənubBeynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsidir.

Şimali Avropa, həmçinin, Rusiya ilə Hind okeanını birləşdirməküzrə böyük strateji əhəmiyyətə və tranzit potensialına malikŞimal-Cənub dəhlizinin inkişafı üçün Azərbaycan qonşu ölkələr vəbeynəlxalq maliyyə institutları ilə əməkdaşlığını 2024-cü ildəəhəmiyyətli dərəcədə genişləndirib.

Ötən ilin dekabrında Azərbaycan və Rusiya arasında Şimal-Cənubdəhlizi ilə tranzit yük daşımaları, o cümlədən, dəmiryoldaşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan sazişimzalanıb, bir neçə gün əvvəl saziş Prezident İlham Əliyevinfərmanı ilə təsdiqlənib.

Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzitdaşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etməkvə Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialınıartırmaqdır. Bu saziş üzrə əməkdaşlıq sayəsində dəmiryolnəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq və daşımahəcmlərinin artım və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaftempi balanslaşdırılacaq.

"Azərbaycan Dəmir Yolları" Şimal-Cənub dəhlizi üzrə artanyükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalınınrekonstruksiyasını başa çatdırıb, ərazidə sürətli gömrük-keçidxidmətinin yaradılmasına nail olub. Rekonstruksiya çərçivəsində yükanbarı müasir standartlara uyğun təmir edilib, terminal lazımitexnika və təhlükəsizlik kameraları ilə təmin edilib. Həmçinin,yüklərin çəkisini müəyyən etmək üçün tərəzi və sürətli internetlətəchiz olunmuş gömrük məntəqəsi yaradılıb. Paralel olaraq İranınAstara şəhərində yerləşən terminalda həyata keçirilən işlərin2025-ci ilin sonunadək başa çatdırılması, Azərbaycan və İranərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyatakeçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətiningenişləndirilməsi nəzərdə tutulur.

Terminal multimodal daşıma xidmətləri təqdim edərək ekspeditorşirkətləri üçün yeni imkanlar yaradır. Qəbul edilən yüklərindaşınması və aşırılması üçün endirimli tariflər tətbiq olunur.Terminalın fəaliyyəti Şimal-Cənub dəhlizi üzrə tranzityükdaşımaları ilin sonunadək 10-15% artırmağa imkan verib.Terminalın potensialının Astara–Rəşt dəmiryol xətti istifadəyəverildikdən sonra daha böyük yük həcmi üçün reallaşdırılmasıplanlaşdırılır.

Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzityükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.

Məqalədə:
Seçilən
10
1
az.trend.az

2Mənbələr