AZ

Azərbaycanda ödəniş əməliyyatlarının həcmi açıqlandı

Ötən il Azərbaycanda elektron pul və ödəniş təşkilatları vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının ümumi həcmi 60,5 milyard manat təşkil edib.

Azreform.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev Azərbaycan Maliyyə Forumunda məlumat verib.

Onun sözlərinə görə, bu məbləğin 18,554 milyard manatı ödəniş əməliyyatlarının ekvayrinqi, 15,218 milyard manatı ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri, 12,236 milyard manatı kredit köçürmələri, birbaşa debetləşmə, ödəniş kartları və digər oxşar ödəniş alətləri ilə həyata keçirilən əməliyyatlar,
9,172 milyard manatı elektron pulun emissiyası və elektron pulla aparılan ödəniş əməliyyatları, 5,2 milyard manatı isə ödəniş hesabları üzrə nağd vəsaitlərin mədaxili və məxarici əməliyyatlarına aid olub.

X. Tağıyev bildirib ki, hazırda Azərbaycanda 15 elektron pul təşkilatı, ödəniş təşkilatı və 1 ödəniş sistemi operatoru lisenziyaya malikdir.

Seçilən
84
22
azreform.info

10Mənbələr