AZ

Azərbaycanda ödəniş əməliyyatlarının həcmi açıqlandı

Ötən il Azərbaycanda elektron pul və ödəniş təşkilatları vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının ümumi həcmi 60,5 milyard manat təşkil edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev Azərbaycan Maliyyə Forumunda məlumat verib.

Onun sözlərinə görə, bu məbləğin 18,554 milyard manatı ödəniş əməliyyatlarının ekvayrinqi, 15,218 milyard manatı ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri, 12,236 milyard manatı kredit köçürmələri, birbaşa debetləşmə, ödəniş kartları və digər oxşar ödəniş alətləri ilə həyata keçirilən əməliyyatlar,
9,172 milyard manatı elektron pulun emissiyası və elektron pulla aparılan ödəniş əməliyyatları, 5,2 milyard manatı isə ödəniş hesabları üzrə nağd vəsaitlərin mədaxili və məxarici əməliyyatlarına aid olub.

X. Tağıyev bildirib ki, hazırda Azərbaycanda 15 elektron pul təşkilatı, ödəniş təşkilatı və 1 ödəniş sistemi operatoru lisenziyaya malikdir.

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
26
22
Demokratikmusavat.com

10Mənbələr