AZ

Bu seçki məntəqələrində nəticələr ləğv edildi

Bəzi seçki məntəqələrində nəticələr ləğv edilib.Bakupost.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunları ilə bağlı iclasında deyib.O qeyd edib ki, MSK tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından səsvermənin nəticələri ləğv edilib.A.Muxtarova əlavə edib ki, 78 saylı Lənkəran kənd seçki dairəsi (Şürük bələdiyyəsi), 117 saylı Oğuz-Qəbələ-Şəki (Padar bələdiyyəsi) və 81 saylı İmişli (Bəcirəvan bələdiyyəsi) üzrə seçkilərin nəticələri etibarsız hesab edilib.90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin tərkibi isə tam formalaşmayıb.

Seçilən
57
12
turanpress.com

10Mənbələr