Bakı, 14 fevral, AZƏRTAC
Mərkəzi Seçki Komissiyası tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından səsvermənin nəticələri ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bələdiyyə seçkilərinin ümumi yekunlarına həsr olunmuş iclasında qəbul olunub.