AZ

Böyük Britaniyanın Baş naziri Trampla ABŞ-yə planlaşdırılan səfərini müzakirə edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Dauninq-stritin məlumatında bildirilib.

"Baş nazir dünən axşam Dauninq-stritdə Prezident Trampın Böyük Britaniyadakı xüsusi elçisi Mark Bernetti qəbul etməkdən məmnun olub. Qəbul zamanı Starmer Prezident Trampın zəngini qəbul edərək ABŞ-yə qarşıdakı səfərini müzakirə edib", - məlumatda qeyd olunub.

Starmerin Vaşinqtona planlaşdırılan səfərinin dəqiq tarixləri açıqlanmır.

Seçilən
69
50
missiya.az

10Mənbələr