Avropa özünün yaratdığı böhranla üz-üzədir, o, öz seçicilərindən qorxur və bu vəziyyətdə ABŞ üçün faydasızdır.
Viral.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
“Avropa bir çox problemlə üz-üzədir, lakin qitənin indi üzləşdiyi böhranı özü yaradıb. Öz seçicilərinizdən qorxursunuzsa, Amerikanın sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və prezident Trampı seçən Amerika xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var”, – o deyib.
Son Yazılar:
- Avropa özünün yaratdığı böhranla üz-üzədir
- Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə GÖRÜŞDÜ
- Azərbaycan və Küveyt arasında siyasi məsləhətləşmələr keçirildi
Vens əlavə edib ki, bunun üçün Avropa hökumətlərinə öz vətəndaşlarına qarşı daha həssas olmaq lazımdır.