AZ

Vens: Avropa öz seçicilərindən qorxur

Avropa özünün yaratdığı böhranla üz-üzədir.

Avropa özünün yaratdığı böhranla üz-üzədir, o, öz seçicilərindən qorxur və bu vəziyyətdə ABŞ üçün faydasızdır.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

“Avropa bir çox problemlə üz-üzədir, lakin qitənin indi üzləşdiyi böhranı özü yaradıb. Öz seçicilərinizdən qorxursunuzsa, Amerikanın sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və prezident Trampı seçən Amerika xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var”, - o deyib.

Vens əlavə edib ki, bunun üçün Avropa hökumətlərinə öz vətəndaşlarına qarşı daha həssas olmaq lazımdır.

Seçilən
23
6
operativmedia.az

7Mənbələr