AZ

Tramp Ukraynada elə bir sülh istəyir ki... - Vens

ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının uzunmüddətli həllinə nail olmağa çalışır ki, münaqişə bir neçə ildən sonra yenidən alovlanmasın.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə deyib.

“Prezident Trampın qeyd etdiyi kimi, əsas məqsəd budur: Biz müharibənin bitməsini, qətllərin dayandırılmasını istəyirik. Lakin biz bir neçə ildən sonra Şərqi Avropada yenidən münaqişəyə səbəb olacaq sülhə deyil, davamlı, uzunmüddətli sülhə nail olmaq istəyirik”, - Vens qeyd edib.

Seçilən
57
1
axar.az

5Mənbələr