ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının uzunmüddətli həllinə nail olmağa çalışır ki, münaqişə bir neçə ildən sonra yenidən alovlanmasın.
AzNews.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Vladimir Zelenski ilə görüşü zamanı o, “Prezident Trampın qeyd etdiyi kimi, əsas məqsəd budur: Biz müharibənin bitməsini, qətllərin dayandırılmasını istəyirik” deyib.
“Lakin biz bir neçə ildən sonra Şərqi Avropada münaqişəyə səbəb olacaq sülhə deyil, davamlı, uzunmüddətli sülhə nail olmaq istəyirik”, -
deyə Vans bildirib.
Vitse-prezident münaqişənin həlli üçün danışıqlara ehtiyac olduğunu da qeyd edib.