AZ

Rusiyada kişilər Sevgililər Günündə qadınlara öz xidmətlərini təklif etdilər

Rusiyalı kişilər 14 fevral - Sevgililər günündə özlərini qadınlara kirayə verməyi təklif ediblər.

hakimiyyet.az xəbər verir ki, "Avito" platformasında dərc edilən müvafiq elanlara "Ehtiras" nəşri diqqət çəkib.

Qeyd olunur ki, yerləşdirilən elanlarda müəlliflər fevralın 14-də sevgili kimi öz xidmətlərini təqdim edirlər. Məsələn, parkda gəzinti bir qadına 2 min rubl (təxminən 38 manat), kafeyə getmək - 3 min rubl (təxminən 57 manat), restoranda romantik şam yeməyi isə 15 min rubla (təxminən 285 manat) başa gələ bilər. Eyni zamanda, bir çox kişi tələbə biletini təqdim edən universitet tələbələrinə endirim etməyə hazırdır.

Bundan əlavə, bəzi kişilər bayramdan sonra da xidmətlərini təklif etməyə, yəni Maldiv adalarında bir milyon rubla (təxminən 19 min manat) tətil keçirməyə və ya Soçidə 20 min rubla (təxminən 380 manat) istirahət etməyə hazırdırlar.

Seçilən
42
1
hakimiyyet.az

10Mənbələr