AZ

Rusiyada pişiyi bir həftə nəzarətsiz qoyan kişi məsuliyyətə cəlb ediləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Blaqoveşensk şəhərində pişiyi bir həftə müddətinə nəzarətsiz qoyan kişi məsuliyyətə cəlb ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Amur vilayətinin Baytarlıq İdarəsi məlumat paylaşıb.
Ayıq qonşular polisə xəbər veriblər ki, bağlı mənzildə bir neçə gündür pişiyin miyoldama səsləri eşidilir. Asayiş keşikçiləri heyvanın sahibini müəyyənləşdiriblər və onunla birlikdə mənzilin qapısını açıblar.
Baytarlıq İdarəsinin mütəxəssisləri pişiyi müayinə edərək onda hər şeyin qaydasında olduğunu dəqiqləşdiriblər. Pişiyin sahibi onun üçün kifayət qədər yem və su qoyubmuş. Lakin pişik darıxdığına görə bərkdən miyoldamağa başlayıb.
Pişik xəsarət almasa da, Blaqoveşensk sakini ev heyvanlarının saxlanılması qaydalarını pozmağa görə inzibati məsuliyyətə cəlb ediləcək.
Seçilən
36
50
oxu.az

10Mənbələr