AZ

​Rusiya yenidən G7-yə qəbul edilməlidir -

Rusiya yenidən G7-yə qəbul edilməlidir. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O bildirib ki, Rusiya Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın daxil olduğu G7-yə yenidən qəbul edilməlidir. Trampın sözlərinə görə, Vladimr Putin də masa arxasında olmalıdır. Tramp, “G8 olsaydı, Ukrayna ilə bu problem yaşanmazdı və mən prezident olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi" - deyə bildirib. Rusiyanın Krımı ilhaq etməsindən sonra o zamankı ABŞ Prezidenti Barak Obamanın Rusiyanı G7-dən çıxarmasının səhv olduğunu ifadə edən Tramp, Moskvanın geri qaytarılmasının tərəfdarı olduğunu bəyan edib.

Tramp Putinin də Ukraynada sülhün bərqərar olmasını istədiyini ifadə edib.

Seçilən
1
4
metbuat.az

5Mənbələr