AZ

Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığının sübutudur - Azər Qarayev

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin Qusar rayonunda keçirdiyiəməliyyat xüsusi xidmət orqanlarımızın peşəkarlığınınsübutudur.

Trend xəbərverir ki, bunu AzTV-nin efirində yayımlanan “Hədəf” verilişindəpolitoloq Azər Qarayev deyib.

"Xüsusi xidmət orqanlarımız peşəkar əməkdaşlardan ibarətdir vəbelə bir təxribatın qarşısının alınması da onu göstərir ki, onlarhəmişə hər cür təhdidə hazırdırlar. Bu əməliyyat yüksək dəqiqliqləkeçirildi. Onun keçirilməsi üçün xüsusi xidmət orqanlarınınəməkdaşları gecə-gündüz zərgər dəqiqliyi ilə işləyiblər ki, məhzbütün terrorçuları məsuliyyətə cəlb edə bilsinlər. Əks haldaonların hamısını məsuliyyətə cəlb edə bilməzdik", - o bildirib.

Onun sözlərinə görə, bu əməliyyat eyni zamanda böyük birprofilaktika oldu.

"Bu profilaktika tək bizim cəmiyyət üçün deyil, bütün dünya,bizi istəməyən dövlətlər və onların xüsusi xidmət orqanları üçünoldu. Biz göstərdik ki, bizə qarşı olan təxribat planları heç birzaman həyata keçirilə bilməyəcək. Bu, böyük bir rezonans oldu.Gördülər ki, Azərbaycanın təhlükəsizlik orqanlarında məhzpeşəkarlar fəaliyyət göstərir", - o bildirib.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

2Mənbələr