AZ

Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığının sübutudur - Azər Qarayev

Dövlət Təhlükəsizliyi Xidmətinin Qusar rayonunda keçirdiyi əməliyyat xüsusi xidmət orqanlarımızın peşəkarlığının sübutudur.

Day.Az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Hədəf" verilişində politoloq Azər Qarayev deyib.

"Xüsusi xidmət orqanlarımız peşəkar əməkdaşlardan ibarətdir və belə bir təxribatın qarşısının alınması da onu göstərir ki, onlar həmişə hər cür təhdidə hazırdırlar. Bu əməliyyat yüksək dəqiqliqlə keçirildi. Onun keçirilməsi üçün xüsusi xidmət orqanlarının əməkdaşları gecə-gündüz zərgər dəqiqliyi ilə işləyiblər ki, məhz bütün terrorçuları məsuliyyətə cəlb edə bilsinlər. Əks halda onların hamısını məsuliyyətə cəlb edə bilməzdik", - o bildirib.

Onun sözlərinə görə, bu əməliyyat eyni zamanda böyük bir profilaktika oldu.

"Bu profilaktika tək bizim cəmiyyət üçün deyil, bütün dünya, bizi istəməyən dövlətlər və onların xüsusi xidmət orqanları üçün oldu. Biz göstərdik ki, bizə qarşı olan təxribat planları heç bir zaman həyata keçirilə bilməyəcək. Bu, böyük bir rezonans oldu. Gördülər ki, Azərbaycanın təhlükəsizlik orqanlarında məhz peşəkarlar fəaliyyət göstərir", - o bildirib.

Seçilən
0
1
day.az

2Mənbələr