AZ

Mahir Abbaszadənin 2 milyonluq müəmmalı müqaviləsi…..

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ötən ilin dekabrında diqqətçəkən tender müqavilələri imzalayıb.

Hurriyyet.Az 32gun.az-ın əldə etdiyi məlumata görə, maraqlı məqam sabiq deputat Mahir Abbaszadənin rəhbərlik etdiyi fondun cəmi 1 gündə 2 milyon manatlıq müqavilə bağladığı şirkətlərlə bağlıdır.

Belə ki, hər iki şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

1. “LEQO GROUP” MMC

Satınalma predmeti: Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində icmalar üçün müxtəlif avadanlıqların alınması

Məbləğ: 1.250.003 AZN

Qanuni təmsilçi: Mehman Orucov Anar oğlu

Nizamnamə kapitalı: 10 AZN

2. “ALIZADEH GROUP” MMC

Satınalma predmeti: Reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində fərdi sahibkarlıq subyektləri üçün avadanlıqların satın alınması

Məbləğ: 700.023,2 AZN

Qanuni təmsilçi: Əli Əlizadə Rasim oğlu

Nizamnamə kapitalı: 10 AZN

Dövlət qeydiyyatı tarixi: 10.11.2021

Araşdırmalar göstərir ki, “ALIZADEH GROUP” MMC bu müqavilədən cəmi bir ay əvvəl, noyabr ayında da eyni məbləğ və eyni satınalma predmeti üzrə fondla analoji müqavilə bağlayıb.

Milyonlarla manatlıq tenderlərin 10 manatlıq şirkətlərə verilməsi ciddi suallar doğurur. Bu müqavilələrin hansı meyarlarla bağlandığı və şirkətlərin bu sifarişləri icra etmək üçün real potensiala sahib olub-olmadığı sual altındadır.

Seçilən
27
5
hurriyyet.az

6Mənbələr