AZ

Bir gündə 10 AZN-lik şirkətlərlə 2 milyon manatlıq "alış-veriş" - Mahir Abbaszadənin rəhbərlik etdiyi fond diqqət çəkdi

BirMəcburi Köçkünlərin Sosial İnkişaf Fondu ötən ilin dekabrında diqqətçəkən tender müqavilələri imzalayıb.32gun.az-ın əldə etdiyi məlumata görə, maraqlı məqam sabiq deputat Mahir Abbaszadənin rəhbərlik etdiyi fondun cəmi 1 gündə 2 milyon manatlıq müqavilə bağladığı şirkətlərlə bağlıdır.Belə ki, hər iki şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.1. "LEQO GROUP" MMCSatınalma predmeti: Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində icmalar üçün müxtəlif avadanlıqların alınmasıMəbləğ: 1.250.003 AZNQanuni təmsilçi: Mehman Orucov Anar oğluNizamnamə kapitalı: 10 AZN2. "ALIZADEH GROUP" MMCSatınalma predmeti: Reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində fərdi sahibkarlıq subyektləri üçün avadanlıqların satın alınmasıMəbləğ: 700.023,2 AZNQanuni təmsilçi: Əli Əlizadə Rasim oğluNizamnamə kapitalı: 10 AZNDövlət qeydiyyatı tarixi: 10.11.2021Araşdırmalar göstərir ki, "ALIZADEH GROUP" MMC bu müqavilədən cəmi bir ay əvvəl, noyabr ayında da eyni məbləğ və eyni satınalma predmeti üzrə fondla analoji müqavilə bağlayıb.Milyonlarla manatlıq tenderlərin 10 manatlıq şirkətlərə verilməsi ciddi suallar doğurur. Bu müqavilələrin hansı meyarlarla bağlandığı və şirkətlərin bu sifarişləri icra etmək üçün real potensiala sahib olub-olmadığı sual altındadır.(32gun.az)

Seçilən
19
5
yenisoz.az

6Mənbələr