AZ

KİV: Zelenski Ukraynanın mineral ehtiyatlarının 50 faizini ABŞ-yə verməkdən imtina edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Washington Post"un (WP) köşə yazarı Coş Rogin "X" sosial şəbəkəsində yazıb.
Eyni zamanda, "Reuters" mənbəyə istinadən qeyd edib ki, Ukrayna lideri hiss edib ki, ondan bir sənədi əsassız olaraq imzalamağı xahiş edirlər.
"Zelenski ABŞ nümayəndələri ilə Ukrayna Konstitusiyasına uyğun olaraq hazırlanmış mədən sazişi ilə bağlı öz təklifini də müzakirə edib", - nəşr qeyd edib.
ABŞ senatoru Brayn Şatz Münhendə Zelenski ilə görüşdən sonra ABŞ Prezidenti Donald Trampın təklifinin təkmilləşdirməyə ehtiyacı olduğunu deyib, lakin detallar barədə danışmaqdan imtina edib. O, həmçinin bildirib ki, Zelenskinin sövdələşmənin birtərəfliliyi ilə bağlı iddiaları ədalətlidir.
Seçilən
38
50
oxu.az

10Mənbələr