AZ

DYP: Havanın dəyişməsi fəsadlara səbəb olub

Hava şəraitinin dəyişməsi artıq fəsadlara yol açıb.

 

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

 

Qeyd olunub ki, sinoptiklərin xəbər verdiyi kimi respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Dağlıq və dağətəyi rayonlarda yağan qar isə artıq yollarda bir sıra fəsadlar yaradıb:

 

"Bu gün səhər saatlarında Xızı şəhəri ərazisində yolun buz bağlaması səbəbindən maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin ehtimala görəŞ “Mitsubishi” markalı avtomobilin sürücüsü buzlu yolda kəskin tormozlama edib və nəticədə sürüşərək qarşıdan gələn “QAZ 31” markalı avtomobillə toqquşub.

 

Baş Dövlət Yol Polisi İdarəsi qarlı, şaxtalı hava ilə əlaqədar yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə, bir daha sürücülərə müraciət edərək, onları şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun gəlməyən, texniki-təhlükəsizlik baxımından köhnə, “ABS” tormoz sistemləri ilə təchiz edilməyən nəqliyyat vasitələrinin istismarına yol verməməyə, hərəkət sürətini hava şəraitinə uyğun seçməyə, qəfil manevr və kəskin tormozlamadan çəkinməyə, eləcə də təcrübəsiz sürücüləri qarlı, buzlu yollarda sükan arxasına əyləşməməyə çağırır.

 

Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər".

Tarix: 19 Fevral 2025, 19:33   
Seçilən
90
30
pravda.az

10Mənbələr