AZ

Canın komandası kubokda qalib gəldi - Finlandiyada

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu ölkə kubokunda növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Helsinki təmsilçisi A qrupunda IV tur çərçivəsində “Mariehamn”ı qəbul edib.

Görüş HİK-in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Ozan Can 74-cü dəqiqədə - hesab 1:1 olarkən Ville Vuorinenlə əvəzlənib.

Helsinki təmsilçisi bu nəticədən sonra 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qrup mərhələsinin son turunda HİK səfərdə KTP-nin qonağı olacaq.

Qələbə qazanacağı təqdirdə, Ozan Canın komandası yarımfinala yüksələcək.

Seçilən
30
2
sportinfo.az

4Mənbələr