Ozancan Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu ölkə kubokunda növbəti matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, Helsinki təmsilçisi A qrupunda 4-cü tur çərçivəsində “Mariehamn”ı qəbul edib. Görüş HİK-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydana start heyətində çıxan Ozancan 74-cü dəqiqədə - hesab 1:1 olarkən Ville Vuorinenlə əvəzlənib.
Helsinki təmsilçisi bu nəticədən sonra 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qrup mərhələsinin son turunda HİK səfərdə KTP-nin qonağı olacaq. Qələbə qazanacağı təqdirdə, Ozancanın komandası yarımfinala yüksələcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta