AZ

Altayda güclü zəlzələ baş verib

Rusiya Federasiyası Altay Respublikasında Rusiya-Monqolustan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 08:48-də Qoş-Ağaç kəndindən 29 km qərbdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

"Cebheinfo.az"

Seçilən
30
14
cebheinfo.az

10Mənbələr