Altay Respublikasında (Rusiya Federasiyası) Rusiya-Monqolustan sərhədi yaxınlığında 5,7 maqnitudada zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, təbiət hadisəsi yerli vaxtla saat 08:48-də (Bakı vaxtı ilə 05:48) Qoş-Ağaç kəndindən 29 km qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.