AZ

Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub

Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə ərzində 40 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, PUA-ların 17-si Volqoqrad, 12-si Kaluqa, 9-u Rostov və 2-si Saratov vilayəti üzərində vurulub.

Qeyd edək ki, son vaxtlar Rusiyanın enerji infrastrukturu obyektləri getdikcə daha çox PUA-ların hədəfinə çevrilir. Dekabrın əvvəlində Bryansk şəhərindəki neft bazası dronların hücumuna məruz qalıb, bundan sonra obyektdə böyük yanğın baş verib.

Seçilən
13
12
bakivaxti.az

10Mənbələr