Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə ərzində 40 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, PUA-ların 17-si Volqoqrad, 12-si Kaluqa, 9-u Rostov və 2-si Saratov vilayəti üzərində vurulub.
Qeyd edək ki, son vaxtlar Rusiyanın enerji infrastrukturu obyektləri getdikcə daha çox PUA-ların hədəfinə çevrilir. Dekabrın əvvəlində Bryansk şəhərindəki neft bazası dronların hücumuna məruz qalıb, bundan sonra obyektdə böyük yanğın baş verib.