Azərbaycan millisinin və "Qarabağ"ın braziliyaəsilli sabiq futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.
Adalet.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıdıb. O, "Primavera" klubuna keçib. Komanda hazırda A2 Liqasında mübarizə aparır.
Qeyd edək ki, Almeyda Ağdam təmsilçisinin heyətində 376 oyunda 64 qol vurub. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb.