AZ

Almeydanın yeni klubu BƏLLİ OLDU

Azərbaycan millisinin və "Qarabağ"ın braziliyaəsilli sabiq futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.

Bizim.Media xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıdıb.

O, "Primavera"ya keçib. Komanda hazırda A2 Liqasında mübarizə aparır.

Qeyd edək ki, 2012-2018-ci, 2019-cu və 2021-1025-ci illərdə Ağdam təmsilçisində çıxış edən Almeyda 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Bizim.Media

Seçilən
23
1
bizim.media

10Mənbələr