AZ

Yanvarda hasilat: 2,3 milyon ton neft, 3,9 milyard kubmetr qaz

Operativ məlumatlara əsasən, 2025-ci ilin yanvar ayında ölkəmizdə 2,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hasilatın 1,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,05 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. Hesabat dövründə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft və kondensat hasilatı isə 0,6 milyon ton təşkil edib. Cari ilin ilk ayında Azərbaycandan 2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun da 1,7 milyon tonu konsorsiumların, 0,25 milyon tonu SOCAR-ın, 0,05 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Ötən ay ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 74,5 min ton (559 min barel) olub. Bunun 61,7 min tonunu (454 min barrel) xam neft, 12,8 min tonunu (105 min barrel) kondensat təşkil edib. Ay ərzində Heydər Əliyev adına Neft Emalı Zavodunda 0,6 milyon ton xam neft emal olunub.

Bu ilin birinci ayında ölkə üzrə 3,9 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2 milyard kubmetri “Şahdəniz”in, 0,1 milyard kubmetri “Abşeron” yatağının, 0,7 milyard kubmetri isə SOCAR-ın payına düşüb. 

Yanvar ayında xaricə 2 milyard kubmetr “mavi yanacaq” ixrac olunub. Təbii qazın 1 milyard kubmetri Avropaya, 0,7 milyard kubmetri Türkiyəyə, 0,3 milyard kubmetri isə Gürcüstana satılıb. Hesabat dövründə Türkiyəyə TANAP-la 0,5 milyard kubmetr qaz nəql olunub.

Seçilən
36
4
xalqqazeti.az

10Mənbələr