Dövlət Gömrük Komitəsindən məlumatına əsasən, ötən il Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1,7 milyard ABŞ dollar (2023-cü ildəki göstərici ilə müqayisədə 849 milyon ABŞ dolları və ya 1,9 dəfə çox) təşkil edib.
Məlumata görə, hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi ölkəmizin ümumi ticarət dövriyyəsinin 3,63 faizi həcmində olub. Eyni zamanda, 2024-cü ildə Azərbaycan Birləşmiş Ştatlara 135 milyon ABŞ dolları (2023-cü ilə nisbətən 119 milyon dollar və ya 8,4 dəfə çox) dəyərində məhsul ixrac edib.
2024-cü ildə Azərbaycan ABŞ-dan məhsul idxalını illik müqayisədə 730 milyon dollar və ya 1,8 dəfə artıraraq 1,6 milyard dollara çatdırıb. Dövr ərzində Amerika ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 7,68 faizini təşkil edib.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard dollar dəyərində (2023-cü ilə nisbətən 3,6 milyard dollar və ya 7 faiz az) ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26,5 milyard dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,3 milyard dollar və ya 21,7 faiz azalıb, idxal isə 3,8 milyard dollar və ya 21,8 faiz artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard dollar həcmində müsbət saldo yaranıb.