AZ

Di Mariya: “Mənim üçün Messi tarixin ən yaxşısıdır”

Argentinalı cinah hücumçusu Anxel Di Mariya həmvətəni Lionel Messini niyə tarixin ən yaxşı futbolçusu hesab etdiyini əsaslandırıb.

Arena.az xəbər verir ki, Portuqaliyanın “Benfika” klubunda çıxış edən təcrübəli futbolçu “İnter Mayami”nin argentinalı ulduzu barədə bunları söyləyib:

“Hər oyunun hər dəqiqəsində Messi sanki həyətdə oynayırmış kimi oynayır. Və o, artıq 18, 20 ildir ki, bunu belə edir. Hamı deyir: “Artıq onun meydanda nə edəcəyi məlumdur”. Olsun, yaxşı, elə isə topu ondan almağa çalışın. O, hər şeyi gərək olduğu kimi edəəck, lap 40 yaşında olsa belə. Mənim üçün “Leo” tarixdə ən yaxşısıdır, buna heç bir şəkk-şübhə olmadan”, deyə Di Mariya vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. Bu mövsümdə isə Messi “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
41
5
arena.az

10Mənbələr