AZ

13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur rep ifaçıları Diddi (əsl adı - Şon Kombs) və Jay-Z-nin (əsl adı - Şon Kori Karter) adları keçən səs-küylü cinsi zorakılıq işi gözlənilməz yön alıb. Belə ki, 13 yaşında olanda hip-hop ulduzları tərəfindən təcavüzə məruz qaldığını iddia edən qadın öz iddiasını könüllü olaraq geri götürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Rolling Stone" Şon Kombsun vəkillərinə istinadla xəbər yayıb.
Bildirilir ki, tərəflər arasında heç bir razılaşma əldə edilməyib, bu da ittihamların əsassız olduğunu göstərir.
Xatırladaq ki, qadın 13 yaşında olanda (2000-ci ildə) "MTV Video Music Awards" mükafatlandırma mərasimindən sonra keçirilən tədbirdə özünü pis hiss etdiyini və dincəlmək üçün yataq otağına getdiyini, ancaq orada Diddi və Jay-Z tərəfindən cinsi xarakterli zorakı hərəkətlərə məruz qaldığını iddia etmişdi. O, Kombsa müqavimət göstərə bildiyini və evdən qaçdığını, bundan sonra atasının onu götürüb evə apardığını bildirirdi. Lakin qadının atası həmin gün qızını götürdüyünü xatırlamadığını dedikdən sonra iddia ilə bağlı şübhələr yaranıb. Qadın məşhur reperlərə qarşı şikayətini geri götürməyə qərar verib.
Jay-Z vəziyyətə münasibət bildirərək qeyd edib ki, iddia əvvəldən əsassız olub və nəticədə heç nəyə gətirib çıxarmayıb.
Seçilən
71
50
oxu.az

10Mənbələr