AZ

Biz müharibə yox, sülh istəyirik - Braziliya lideri

Bakı, TurkicWorld

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın gömrük rüsumlarını artırmaq qərarına sərt reaksiya verib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, o, Braziliyanın cavab addımları atacağını, bunun ya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət, ya da ABŞ-dan idxal edilən məhsullara əlavə vergilər şəklində ola biləcəyini bildirib.

Braziliyada bir radiostansiyaya danışan Lula da Silva bildirib ki, əlavə gömrük rüsumları heç kimə fayda vermir və bunun əvəzinə ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

"Biz müharibə yox, sülh istəyirik. ABŞ-ı çox vacib bir ölkə hesab edirik və ümid edirik ki, onlar da bizə eyni şəkildə yanaşırlar." - deyə o bildirib.

O, əlavə edib ki, Tramp prezident seçildikdən sonra onunla görüşməyib.

Lula da Silva, ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra "qlobal nizamın şerifi" rolunu oynadığını, lakin Trampın siyasətlərinin bu rola zidd olduğunu vurğulayıb.

"Amerikalılar üçün indi yalnız Amerika var. Onlar hər məhsula vergi qoymaq, Qrenlandiyanı almaq, Kanadanı ilhaq etmək, Panama kanalını ələ keçirmək, milyonlarla insanı deportasiya etmək istəyirlər. Bu, məni narahat edir, çünki demokratiya həqiqətən risk altındadır. Amma Tramp istədiyini edə bilməz. Əgər başqa ölkələrə təsir edəcək addımlar atarsa, mütləq əks reaksiya ilə qarşılaşacaq." - deyə bildirib.

Braziliyanın milli KİV-lərinin məlumatına görə, ölkə ABŞ-a ikinci ən böyük polad tədarükçüsüdür. Lula da Silva bildirib ki, Braziliya iqtisadi maraqlarını qorumaq üçün hər cür addımı atacaq.

Seçilən
33
21
turkic.world

10Mənbələr