AZ

Polşadan Trampa cavab: Biz də Havay adalarını almalıyıq

Polşada ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq planlarına cavab olaraq Havay adalarının alınması üçün pul yığılır.

Publika.az bu barədə "RİA Novosti"yə istinadən məlumat verir.

Polşada məşhur fandreyzinq platforması Zrzutka Amerikanın Havay ştatını satın almaq üçün ianə yığmağa başlayıb. Məqsəd bir milyon zloti (təxminən 250 min dollar) yığmaqdır ki, bu da təşkilatçıların fikrincə, Havay adalarını almaq üçün kifayət etməlidir.

Bildirilir ki, Havay adalarının Polşaya 17-ci voevodalığı kimi daxil edilməsi təklif edilir. Təşkilatçılar ABŞ ştatının adını dəyişmək niyyətində deyillər. Onlar Havay adalarını almaq və onu Havay voyvodası kimi Polşaya birləşdirmək istəyirlər.

"Havay adaları bizim yeni voyevodalığımızdır. Polşanın tropiklərə ehtiyacı var. Əgər Donald Tramp Qrenlandiyanı almaq istəyirsə, o zaman biz iddialı xalq olaraq daha da dəyərliyik! Havay adalarını Polşanın ayrılmaz hissəsi - Polşanın kurort iqtisadi zonası kimi təsəvvür edin", - deyə qeyd olunur.

Seçilən
21
21
publika.az

10Mənbələr