Bakı. Trend:
Ötən ay Azərbaycanda pərakəndə ticarət şəbəkələrindəistehlakçılara 2,4 milyard manatlıq – gündəlik 80 milyon manatlıqərzaq malları satılıb.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə165 milyon manat yaxud da 7,4% çoxdur. Belə ki, ötən ilinyanvarında əhalinin ərzağa çəkdiyi xərcin həcmi 2,24 milyard manattəşkil edib.
Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkəsindəistehlakçılara 4,8 milyard manatlıq ərzaq və qeyri-ərzaq mallarısatılıb. Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq mallarıüzrə 6,1 faiz artıb.
Alıcıların aldıqları mallara xərclədiyi vəsaitin 49,7 faiziərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının,14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faiziavtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik mallarıvə mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbiləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiyaavadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digərqeyri-ərzaq mallarının alınmasına sərf olunub.