Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 62,1 milyonmanat dəyərində kompüterlər, telekommunikasiya avadanlıqları və çapməhsulları satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 7,9 milyonmanat və ya 14,5% çoxdur.
Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarıüzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 1,3% təşkiledib.
Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarətşəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən, 2,6milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları, içkilərvə tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1%artıb.