Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 62,1 milyon manat dəyərində kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb..
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 7,9 milyon manat və ya 14,5% çoxdur.
Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 1,3% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən, 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1% artıb.
// APress.az