AZ

Yevlaxda "Kia" aşdı, xəsarət alanlar var - FOTO

Yevlaxda "Kia" markalı minik avtomobilinin aşması 4 nəfərin xəsarəti ilə nəticələnib.

Trend-in yerli müxbiri xəbər verir ki, gecə radələrində, rayonun Aran qəsəbəsində baş verən qəzada 1991-ci il təvəllüdlü Zeynalov Tural Zahid oğlu, 1991-ci il təvəllüdlü Paşayev Asif Elman oğlu, 1991-ci il təvəllüdlü Paşayeva Gülşən Əli qızı və 1996-cı il təvəllüdlü Zeynalova Züleyxa Hüseyin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Mingəçevir şəhər mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
8
5
milli.az

6Mənbələr