Yevlaxda "Kia" markalı minik avtomobilinin aşması 4 nəfərin xəsarəti ilə nəticələnib.
Gecə radələrində, rayonun Aran qəsəbəsində baş verən qəzada 1991-ci il təvəllüdlü Zeynalov Tural Zahid oğlu, 1991-ci il təvəllüdlü Paşayev Asif Elman oğlu, 1991-ci il təvəllüdlü Paşayeva Gülşən Əli qızı və 1996-cı il təvəllüdlü Zeynalova Züleyxa Hüseyin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Mingəçevir şəhər mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin qolu amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
.jpg)
.jpg)