AZ

Bakıda 2 avtomobil TOQQUŞDU: 1 ölü, 3 yaralı

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımovun idarə etdiyi VAZ-2101 markalı avtomobillə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.

Nəticədə VAZ-2101 markalı avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov xəsarət alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
5
32
avtosfer.az

10Mənbələr